AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Təlimlər şəxsi heyətin fərdi bacarıqlarını daha da təkmilləşdirirTəməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olan müasir ordu quruculuğunun uğurla icrası dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən bu gün də davam etdirilir...davamı Əsgərin uğuru onun yüksək döyüş bacarığındadıƏsgər Nazim Mehralıyev intizamı ilə komandirlərinin və silahdaşlarının rəğbətini qazanan hərbi qulluqçulardandır...davamı “Qələbədən sonra daha məsuliyyətlə xidmət edirik”Ordumuzun şəxsi heyəti 44 günlük Vətən müharibəsində əsl rəşadət və şücaət göstərdi.
Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.
Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani arasında üçtərəfli görüş keçirilib.
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 10-da Batumi şəhərində Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.
Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani arasında ikitərəfli görüş keçirilib.
Sentyabrın 10-da Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda "Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin təntənəli açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana səfər edib.
2024-cü ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı"na əsasən Qazaxıstanda "Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Daxili İşlər naziri cənab Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıya başsağlığı ünvanlayıb.