Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 1 Aprel 2009 00:02

“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:- Vaşinqton şəhərində (ABŞ) Müdafiənin planlaşdırılması və ABŞ/NATO əlaqələri və transformasiyası mövzuları üzrə görüşlər (01-03 aprel) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 Aprel 2009 00:01

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində ABŞ Hərbi-Mülki Əlaqələr Mərkəzi tərəfindən Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidməti ekspert qrupu ilə terrorizmlə mübarizə mövzusunda ekspert görüşü (06-10 aprel); Şimali Korolina şəhərində (ABŞ) Dəniz antiterror üzrə operatorların təməl kursu (06 aprel-11 may); San-Antonio şəhərində (ABŞ) Quru Qoşunları Komanda və Qərargah Akademiyası (08 aprel 2009-11 iyun 2010);Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, İstanbul şəhərində Partlayıcı maddələrin aşkar edilməsi kursu (06 aprel-29 may); SAT/SAS təliminin əsas planlaşdırma konfransı (07-09 aprel); Ankara şəhərində Urologiya üzrə ixtisaslaşma kursu (06 aprel 2009- 01 noyabr 2014); 2009-cu ildə Məhkəmə sistemləri mövzusunda beynəlxalq simpozium (06— 08 aprel);Azərbaycan Respublikası ilə Qırğızıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təhsil sistemi ilə tanışlıq və Qırğızıstan Respublikası Müdafiə Nazirliyinin zabit kadrlarının gələcək hazırlıq məsələlərinin müzakirəsi üzrə ekspertlerin işçi görüşü (06-07 aprel);Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Buxarest şəhərində Təkmilləşmiş birgə əməliyyatlar üzrə qərargah zabitləri kursu (06 aprel-03 iyul); Raminçu/Valçea şəhərində Partlamamış maddələrin zərərsizləşdirilməsi üzrə təməl kursu (06 aprel-17 iyul); Bakı şəhərində Rumıniyanın Milli Müdafiə Kolleci rəisinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına ziyarəti (09-11 aprel);Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Murree şəhərində Zabitlər üçün kəşfiyyat təkmilləşmə kursu (06 aprel-13 iyun) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 Aprel 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 31-də saat 22:20-dən 22:30-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 31 Mart 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 31-də saat 06:40-dan 06:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 30 Mart 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 29-da saat 20:30-dan 20:40-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;- martın 30-da saat 02:40-dan 02:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 29 Mart 2009 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 31-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 29 Mart 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 28-də saat 19:30-dan 19:45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonu Ağbulaq kəndi ərazisində yerləşən mövqelərini;- saat 18:20-dən 18:45-dək və martın 29-da saat 00:10-dan 00:15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 29 Mart 2009 00:00

Martın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qətər dövlətinə rəsmi səfəra yola düşüb.

Müdafiə Nazirliyinin məlumatı 28 Mart 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 27-də saat 10:10-dan 10:20-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonu Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini;- saat 18:40-dan 18:50-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Devex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun ərasizindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;- saat 20:05-dən 20:10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 27 Mart 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 26-da saat 12:50-dən 13:00-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;- saat 18:40-dan 19:00-dək Ermənistan Respublikasının Noyanberyan rayonunun Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Balacəfərli kəndi ərazisində yerləşən mövqelərini;- saat 16:30-dan 16:45-dək Ağdam rayonunun Şüraabad kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:15-dən 18:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;Martın 27-də saat 00:35-dən 00:50-dək Ermənistan Respublikasının İcevan rayonunun Bernaber kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.