AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 23-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndinin 2,5 km şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Mətbuat xidməti xəbər verir ki, N saylı hərbi hissənin əsgəri Namazlı Ülvi Eldəniz oğlunun sosial şəbəkələrdə paylaşdığı foto görüntülərlə bağlı araşdırmaya başlanılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə Katibinin siyasi məsələlər üzrə baş köməkçisinin müavini, xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yanvarın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İndoneziya Müdafiə Nazirliyinin baş katibi marşal Eris Herryantonu qəbul edib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 15-də Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 10-da Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 10-da Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prossesi başa çatıb.
Azərbaycan-ABŞ iş planına əsasən 07.01-26.06.2013 ABŞ-ın Hərbi Dəniz Akademiyasında təhsil Rodaylend, Nyüport, ABŞ Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq proqramına əsasən14.01-17.05.2013 2-ci səviyyə beynəlxalq ingilis dili kursu Vilnüs, Litva Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 14.01-22.02.