Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib 18 İyun 2023 16:57

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Elçin Tağıyev və Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Həftəlik icmal (11.06.2023 - 18.06.2023) - VİDEO 18 İyun 2023 14:43

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib 18 İyun 2023 13:30

İyunun 18-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib.Mərasimlərdə hərbi qulluqçular igidimizin məzarını ziyarət edib, üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Mövqelərimiz atəşə tutulub 17 İyun 2023 18:19

İyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Azad edilmiş ərazilərdəki hərbi tibb müəssisələrinə media-tur təşkil olunub - VİDEO 17 İyun 2023 17:23

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilmiş ərazilərdə yerləşən hərbi tibb müəssisələrinə media-tur təşkil edilib.

Azərbaycan Ordusunun mövqeləri yenidən intensiv atəşə tutulub 17 İyun 2023 16:15

İyunun 17-si saat 14:30-dan 14:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur 17 İyun 2023 12:16

İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.

"Azərbaycan Ordusu" qəzeti № 45 (2757) 17 İyun 2023 11:24

“Hərbi tibb personalımız da müharibənin ağır sınaqlarından üzüağ çıxdı” Müsahibimiz Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firuddin İsaxan oğlu Nəbiyevdir...davamı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 51-ci buraxılış mərasimi keçirildiMilli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2023-cü il üzrə buraxılışına həsr olunan təntənəli mərasim keçirildi...davamı"Azərbaycan Ordusu" qəzetinin tam variantı

Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb - VİDEO 17 İyun 2023 10:42

2023-cü ilin hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb edilməsi ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı başa çatıb.

"Anatolian Phoenix - 2023" beynəlxalq təlimi başa çatıb 16 İyun 2023 17:43

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb.