Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Məlumat 8 Aprel 2014 09:00

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçular Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunub.

Məlumat 8 Aprel 2014 09:00

Aprelin 7-də Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Balıyev Natiq Bəşir oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 8 Aprel 2014 09:00

Aprelin 9-dan 12-dək İstanbul şəhərində (Türkiyə) Beynəlxalq Hərbi Hava Qüvvələri tarixi simpoziumu keçiriləcək.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri keçirilib 7 Aprel 2014 09:00

Aprelin 7-də Müdafiə Nazirliyində Azərbaycana rəsmi səfərə gəlmiş Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib.

Məlumat 5 Aprel 2014 09:00

Aprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimov Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 4 Aprel 2014 09:00

Aprelin 6-dan 10-dək Belqrad şəhərində (Serbiya) "Yeni tələbələr, yeni metodlar və yeni qiymətləndirmə" mövzusunda seminar və Azərbaycan-Çexiya ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 7-dən 8-dək Bakı şəhərində insan ehtiyatlarının idarə edilməsi və zabit karyerasının inkişafı üzrə təcrübə mübadiləsi keçiriləcək.

Məlumat 3 Aprel 2014 09:00

Son günlər keçmiş döyüşçülər, müxtəlif veteran təşkilatları Silahlı Qüvvələrimizə dəstək ifadə edərək torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə xidmət keçən şəxsi heyətə dayaq olacaqları ilə bağlı rəsmi və kütləvi informasiya vasitələrilə Müdafiə Nazirliyinə xeyli sayda müraciətlər ünvanlayıblar.

Monitorinq baş tutdu 2 Aprel 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 2-də Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib 1 Aprel 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özeli qəbul edib.

Əsgərimiz şəhid olub 1 Aprel 2014 09:00

Aprelin 1-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.