AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəlmişlər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Hərbi Hava Qüvvələrinin təlimləri plana uyğun olaraq davam edir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə avqustun 18-də Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
Bakı şəhərində avqustun 18-dən 20-dək "Əməliyyat İmkanları Konsepsiyası tibb bölməsinin inkişaf etdirilməsi" mövzusunda seminar və avqustun 22-dək "Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə" mövzusunda təlim kursu keçiriləcək.
Son vaxtlar erməni kəşfiyyat-təxribat qruplarının qarşısının alınmasında Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri hünər və şücaət ölkə ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanır.
Avqustun 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Avqustun 14-də Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının "Buk-MB" zenit-raket komplekslərindən iştifadə olunmaqla təlimləri davam edib.
Avqustun 14-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümlərindən sonra təltif edilmiş Silahlı Qüvvələrin hərbi qulluqçularının ailələrinə döyüş medalları təqdim edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı 2014-cü ilin döyüş hazırlığı planına əsasən avqustun 13-də Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının təlimləri başlayıb.
Avqustun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Müdafiə naziri cənab Bratislav Qaşiçi qəbul edib.