AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 26-da cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş səyyar kollegiyasının genişləndirilmiş iclası keçirilib.
Noyabrın 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən hərbi hissə və birləşmələrdə aparılan tikinti-quruculuq işlərini yoxlayıblar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən noyabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov döyüş hazırlığının yoxlanılması məqsədilə cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrdə olublar.
Noyabrın 24-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xəzər dənizində keçirilmiş irimiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunları ilə bağlı Hərbi Dəniz Qüvvәlərinin komandir-rəis heyəti və gəmi komandirlərinin iştirakı ilə toplantı keçirib.
Bu günlərdə Azərbaycan Hərb Tarixi Muzeyi, Suraxanı Rayon İcra Hakimiyyəti və keçmiş Səbail tank taborunun təşkilatçılığı ilə Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində əfsanəvi tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin anadan olmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beyləqan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beyləqan şəhər mərkəzi stadionunda "Hər birimiz Vətən üçün bir əsgərik" devizi altında kütləvi vətənpərvərlik mərasimi keçirilib.
Noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır.
Noyabrın 24-dən 28-dək Ankara şəhərində (Türkiyə) Təbii fəlakətlər zamanı hümanitar yardım əməliyyatları kursu, noyabrın 25-dən 30-dək Antaliya şəhərində (Türkiyə) 31-ci Beynəlxalq Qastroentroloji konfransı, noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində (Türkiyə) Hərbi qulluqçu mübadiləsi, dekabrın 19-dək Braşov şəhərində (Rumıniya) Proqram və layihələrin idarə olunması kursu keçiriləcək.
Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Teymuraz Şaraşenidzeni qəbul edib.
Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqelərinə hücum edən Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin cavab atəşilə məhv edilməsi faktı ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanat təəssüf və təəccüb hissi doğurur.