Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 9 Dekabr 2014 09:00

Dekabrın 9-dan 12-dək Bakı şəhərində Dənizdə mühüm enerji infrastrukturunun mühafizəsi üzrə fəaliyyət planı, əməliyyat ssenarisi və prosedurların işlənib hazırlanması mövzusunda növbəti seminar, dekabrın 10-dan 12-dək isə Brüssel şəhərində (Belçika) Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu keçiriləcək.

Erməni kəşfiyyat-təxribat qrupları məhv edilib 9 Dekabr 2014 09:00

Dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstəriblər.

Məlumat 8 Dekabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin guya cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu Ermənistan Silahlı Qüvvələri bölmələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır.

Hərbi maşın minaya düşüb 8 Dekabr 2014 09:00

Hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub.

"İnformasiya təhlükəsizliyi" və "Fiziki təhlükəsizlik" üzrə məlumat topluları hazırlanıb 6 Dekabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin fəaliyyəti haqqında informasiyanın yayılması, dövlət sirrinin mühafizəsi və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində tədbirlər haqqında müvafiq əmrinə əsasən "İnformasiya təhlükəsizliyi" və "Fiziki təhlükəsizlik" üzrə məlumat topluları hazırlanıb.

Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib 6 Dekabr 2014 09:00

"Xidmət etdiyim diyar" tədbirlər silsiləsindən Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası" mövzusunda tədbir keçirilib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 6 Dekabr 2014 09:00

Dekabrın 8-dən 12-dək Oberammerqau şəhərində (Almaniya) NATO resursların idarə olunması üzrə təhsil proqramı kursu, dekabrın 8-dən 19-dək Ankara şəhərində (Türkiyə), 20-dək isə Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Türkiyə Quru Qoşunları Məktəbi arasında müəllim mübadiləsi keçiriləcək.

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub 5 Dekabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlamaq məqsədilə Mərkəzi Komanda Məntəqəsində olub.

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyənin səfirini qəbul edib 4 Dekabr 2014 09:00

Dekabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkunu qəbul edib.

Qoşunların yeni tədris ilinə hazırlığı yoxlanılır 3 Dekabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığı yoxlanılır.