AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılğı ilə 7 fevral 2015-ci il tarixində Qazax Olimpiya İdman Komplek- sində görkəmli hərbi xadim general-leytenant Əlağa Şıxlinskinin 150 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Fevralın 9-dan 13-dək Oberammerqau şəhərində (Almaniya) "Sahib ölkə dəstəyi" kursu, Ankara şəhərində (Türkiyə) "Kiber məkanın terrorçular tərəfindən istifadəsi" kursu keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, yeni tikilmiş və müasir avadanlıqla tam təchiz edilmiş hərbi hissənin açılış mərasimi keçirilib.
Fevralın 5-də axşam saatlarından başlayaraq gecə ərzində Tovuzun Əlibəyli kəndi Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan intensiv atəşə tutulub.
Fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Ağayev Fərid Rüfət oğlu ağır yaralanıb.
Fevralın 4-də irimiqyaslı təlimlərin döyüş atışları icra olunmaqla əsas mərhələsi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən təlimlərin növbəti mərhələsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.
Fevralın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.