Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində artilleriya generalı Əlağa Şıxlinskinin 150 illik yubileyi qeyd olunub 1 May 2015 09:00

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə artilleriya general-leytenantı Əlağa Şıxlinskinin 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

Milli Qəhrəman Ramiz Qəmbərovun xatirəsi yad olunub 1 May 2015 09:00

Şuşa Rayon İcra Hakimiyyətində Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun xatirəsinə həsr olunan tədbir keçirilib.

Beyləqanda "Vətən Uğrunda!" mahnı müsabiqəsinin ilk turu keçirilib 1 May 2015 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaranma gününə həsr olunan "Vətən uğrunda!" adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirilir.

Ali Baş Komandanın tapşırığına əsasən Müdafiə naziri hərbi hissələrdə tikinti işlərini yoxlayıb - VİDEO 1 May 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti və yenidənqurma işləri sürətlə davam etdirilir.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub - VİDEO 30 Aprel 2015 13:00

May və sentyabr aylarında birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır Aprelin 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi, korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycandakı xarici ölkələrin hərbi attaşeləri hərbi hissəni ziyarət ediblər - VİDEO 30 Aprel 2015 11:00

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşelər Gəncə şəhərində yerləşən hərbi hissədə olublar.

Zərdabda Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri Muradalı Heydərovun şərəfinə tədbir keçirilib 30 Aprel 2015 09:00

1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində Zərdabda Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri, 94 yaşlı Muradalı Heydərovun şərəfinə tədbir keçirilib.

Xüsusi Təyinatlı Qüvvələrin yeni yaradılan hərbi hissələrinə döyüş bayraqları təqdim olunub - VİDEO 29 Aprel 2015 11:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrində olublar.

"Xalq və ordu birdir" devizi altında keçirilən Ümumrespublika bədii-təşviqat marafonu davam edir 28 Aprel 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinin təşkili və keçirilməsi ilə bağlı Tədbirlər planı və Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının qərarına əsasən Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birgə "Xalq və ordu birdir" devizi altında keçirdiyi Ümumrespublika bədii-təşviqat marafonu uğurla davam etdirilir.

Monitorinq baş tutdu 27 Aprel 2015 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 27-də Goranboy rayonunun Zeyvə kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.