Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi Polis İdarəsində seminar keçirilib 21 İyul 2023 12:33

Cari ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində Azərbaycan Ordusunun birlik və birləşmələrinin əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəislərinin baş köməkçiləri ilə Qoşun xidmətinin təşkili üzrə seminar keçirilib.

"Xəzri dalğası" taktiki təlimi keçirilir - VİDEO 20 İyul 2023 18:01

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə ”Xəzri dalğası” taktiki təlimi keçirilir.

Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında 9-cu Qərargah toplantısı keçirilib 19 İyul 2023 19:29

İyulun 19-da Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə HDQ Komandanlığının Təftiş və Qiymətləndirmə rəisi kontr-admiral Yücel Darcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Azərbaycan Ordusu" qəzeti № 53 (2765) 19 İyul 2023 15:43

Quruculuq işləri Zəfərdən sonrakı növbəti zəfər olacaq!İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başlayıb.

Azərbaycan Ordusunda “Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib 19 İyul 2023 12:12

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyinin məlumatı 19 İyul 2023 09:20

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib 18 İyul 2023 15:02

İyulun 17-də müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Respublikası Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir 18 İyul 2023 10:06

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə cari ilin iyul ayı ərzində 610 hektaradək ərazi minalardan tam təmizlənib.

Mövqelərimiz atəşə tutulub 18 İyul 2023 08:02

İyulun 17-si saat 21:25-dən iyulun 18-i saat 00:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Dəvəli rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

"Şəhidlər unudulmur" adlı tədbir keçirilib - VİDEO 17 İyul 2023 13:03

Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdən birində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən övladlarının xatirəsinə həsr olunan "Şəhidlər unudulmur" adlı tədbir keçirilib.