Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri başlayıb 1 İyun 2015 09:00

Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 1-də Bişkək şəhərindəki Qələbə meydanında yerləşən Əbədi məşəl abidə kompleksini ziyarət edərək əklil qoyub.

Müdafiə naziri Qırğızıstanın Baş naziri ilə görüşüb 1 İyun 2015 09:00

Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 1-də bu ölkənin Baş naziri cənab Temir Sariyevlə görüşüb.

İyunun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 İyun 2015 09:00

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyun 2015-ci il tarixədək 63.984.837,59 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.

Müdafiə naziri Qırğızıstana rəsmi səfərə gedib 31 May 2015 09:00

Mayın 31-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstan Respublikasının Müdafiə naziri cənab Abibilla Kudayberdiyevin dəvəti ilə Qırğızıstana rəsmi səfərə gedib.

Müdafiə naziri “Zabit ixtisası kursu”nun dinləyiciləri ilə görüşüb 30 May 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq hərbi ixtisaslar üzrə “Zabit ixtisası kursu”nda hazırlıq keçən gənc zabitlərlə H.Aslanov adına Mərkəzi Zabitlər Evində görüşüb.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 30 May 2015 09:00

İyunun 1-dən 4-dək Bakı şəhərində Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin əməkdaşlıq iclası, iyunun 1-dən 5-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) “NATO-nun regional kollektiv təlimi-2016”-nın planlaşdırılması üzrə birinci işçi görüşü, iyunun 1-dən 12-dək Budapeşt şəhərində (Macarıstan) qərargah zabitləri üçün hərbi terminologiya kursu, iyunun 1-dən 19-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) dil testi üzrə təkmilləşdirmə seminarı keçiriləcək.

Mühəndis-istehkam birləşmələrinin təlimləri keçirilib - VİDEO 29 May 2015 11:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimləri keçirilib.

Tank birləşmələrinin təlimləri keçirilir - VİDEO 28 May 2015 11:00

Gələcək döyüş fəaliyyətlərinə hazırlıq məqsədilə keçirilən təlimlərdə tank birləşmələri bölmələrinin idarəedilməsi, manevr və atəş imkanları yoxlanılır.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib 27 May 2015 09:00

Mayın 27-də Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Soçi şəhərində (Rusiya Federasiyası) keçirilən növbəti iclasında iştirak edib.

Şəhid əsgər Zəlimxan Cavadovun medalı şəhidin valideynlərinə təqdim olunub 27 May 2015 09:00

Vətən qarşısında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş əsgər Zəlimxan Eybalı oğlu Cavadovun Azərbaycan Respublikasının Prezidentinin adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal şəhidin valideynlərinə təqdim olunub.