AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya və Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimova Rusiya Federasiyasının Omsk şəhərindəki hərbi hissədə insan itkisilə nəticələnən bədbəxt hadisə ilə əlaqədar başsağlığı məktubu ünvanlayıblar.
İyulun 13-dən 17-dək Oberamerqau şəhərində (Almaniya) "Kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər" kursu və iyulun 13-dən avqustun 9-dək İstanbul şəhərində (Türkiyə) "Açıq dəniz təlimi" keçirilir.
NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 40 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
İyulun 8-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 8-də Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.
İyulun 8-dən 10-dək Ankara şəhərində (Türkiyə) “ETERNITY-2015” kompyuter dəstəkli komanda-qərargah təliminin planlaşdırma konfransı keçiriləcək.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 8-də Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar Təşkilatının və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş “Vətən uğrunda!” hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin qala konserti Şəmkir birliyinin əsgər klubunda keçirilib.
İyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.