Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“TurAz Qartalı - 2015” birgə təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə Qoşunları döyüş atışları keçirib - VİDEO 26 Avqust 2015 10:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanla Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə Qoşunları praktiki döyüş atışlarını icra edib.

Monitorinq baş tutdu 25 Avqust 2015 09:00

ATƏT-in nümayəndələri kənd sakinlərinin iradlarını dinləməli olublarATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 25-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə naziri Türkiyə səfiri ilə görüşüb 24 Avqust 2015 09:00

Yeni hərbi attaşe təqdim olunubAzərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun ilə görüşüb.

“Vətən uğrunda həlak olmaq əbədi həyat qazandırır” devizi altında keçirilən tədbir ordu ilə xalqın monolit birliyinin təntənəsinə çevrilib 24 Avqust 2015 09:00

Müdafiə Nazirliyi və Ağcabədi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən vətənpərvərlik tədbirləri artıq ənənə şəklini alıb.

Mingəçevirdə “Ön səngərdən gələn var” adlı tədbir keçirilib 24 Avqust 2015 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Mingəçevir şəhər icra haki-miyyətinin birgə təşkilatçılığı ilə “Ön səngərdən gələn var” adlı tədbir keçirilib.

Cəbhənin Ağdam-Xocavənd istiqamətində düşmən fəallığının qarşısı qətiyyətlə alınıb 24 Avqust 2015 09:00

Düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıbAvqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.

“TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə HHQ-nin mühəndis-texniki heyəti Azərbaycandadır 24 Avqust 2015 09:00

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə iştirakı ilə “TurAz Qartalı - 2015” taktiki təlimlərində iştirak etmək məqsədilə türkiyəli mühəndis-texniklərdən ibarət geniş tərkibdə heyət ölkəmizə gəlib.

Təmas xəttində monitorinq keçiriləcək 24 Avqust 2015 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 25-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə naziri Küveyt səfiri ilə görüşüb 21 Avqust 2015 09:00

Avqustun 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüşüb.

Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir - VİDEO 21 Avqust 2015 09:00

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri “TurAz Qartalı - 2015” birgə taktiki təlimlərinə hazırlıq məqsədilə planlı təlim-məşq uçuşları həyata keçirir.