AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən ərazidə inşa edilən yeni dağ hazırlığı təlim mərkəzinin açılışını edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən komanda qərargah hərbi oyunları uğurla davam edir.
Komanda Qərargah Hərbi Oyunlarının növbəti mərhələsində irimiqyaslı təlimlərdə iştirak edən müxtəlif tipli hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.
Sentyabrın 9-da Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən hərbi vəzifəlilərlə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan hərbi vəzifəlilər də qatılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən şəxsi heyətin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini, onların hazırlıq səviyyəsini yoxlayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən Komanda Qərargah Hərbi Oyunlarının planına uyğun olaraq sentyabrın 8-də təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin irimiqyaslı yerdəyişməsi həyata keçirilib.
Sentyabrın 8-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində baş vermiş xain terror aktı nəticəsində türk hərbçilərinin şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Vecdi Gönülə və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb.
Sentyabrın 7-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 13 dövlətin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeslərinin iştirakı ilə görüş keçirilib.