AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Böyük Qələbənin başlanğıcı olan Aprel döyüşlərindən 9 il ötürAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
Aprelin 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.Videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ordu quruculuğunun ölkəmizdə prioritet məsələlərdən biri olduğunu qeyd edən müdafiə naziri bölmələrin xidməti-döyüş fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.Müdafiə naziri bildirib ki, tarixi Zəfərin sülh danışıqlarına yol açdığını qeyd edən Ali Baş Komandan Azərbaycan Ordusunun xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı döyüş əməliyyatlarında nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib, bununla da qarşımızda daha məsuliyyətli vəzifələr qoyub.
Aprelin 4-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Azərbaycan Hərb Tarixi Muzeyində aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.
Azərbaycan Respublikasında səfərdə olan Serbiya Respublikasının Belqrad Müdafiə Universitetinin rektorunun beynəlxalq hərbi və universitetlərarası əməkdaşlıq üzrə müavini polkovnik Srdyan Lyuboyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU), Heydər Əliyev adına Hərbi İnstitutda və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar.
“Bu, bizim milli yaddaşımızın bir hissəsidir”1918-ci il Azərbaycan tarixinin qanlı səhifələrindən biri kimi yaddaşlara həkk olunub...davamı Xalqımızın qan yaddaşıAzərbaycan xalqının tarixində ən dəhşətli və faciəvi hadisələrdən biri də 1918-ci ilin 31 mart soyqırımıdır...davamıVətən üçün can vermək əbədi yaşamaqdırŞəhidlik dini və milli-mənəvi baxımdan böyük dəyər daşıyan anlayışdır...
Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində 2016-cı ilin Aprel döyüşlərində qazandığımız qələbənin 9-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
Aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlarımız - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkr İsmayılovun anım günü münasibətilə mərasim keçirilib.
Şanlı Zəfərə gedən yolun başlanğıcı olan Aprel döyüşlərindən 9 il keçir.
Aprelin 1-də İkinci Şəhidlər xiyabanında 44 günlük Vətən müharibəsi şəhidləri - Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov və polkovnik-leytenant Sədi Musayevin doğum günləri münasibətilə anım mərasimləri keçirilib.