AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 9-da saat 9.00 radələrində Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.
Dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus sığınacaqda olan hərbi texnika sərrast atəşlə məhv edilib.
Dekabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb.
Yeni hərbi attaşe təqdim olunub Dekabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ilə görüşüb.
Son günlər Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan-Ermənistan dövlət sərhədi, həm də işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Dekabrın 6-da Ermənistan silahlı qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə dərhal məhv edilib.
Təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.
Düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 31-də saat 10.00-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunacaq.