Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan müdafiə naziri Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri ilə görüşüb 16 Aprel 2025 15:15

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti diqqət mərkəzindədir 16 Aprel 2025 10:47

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən müxtəlif bölmələrdə xidmət edən gənc əsgərlərlə görüşlər keçirilib.

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO 15 Aprel 2025 18:20

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.

HDQ-nin dalğıc heyəti ilə təlim-metodiki toplanış keçirilib - VİDEO 14 Aprel 2025 17:24

Hərbi Dəniz Qüvvələrinin (HDQ) 2025-ci il üçün təsdiq edilmiş hazırlıq planına əsasən, dalğıc heyəti ilə keçirilən təlim-metodiki toplanış çərçivəsində axtarış-xilasetmə və dalğıc işləri üzrə ixtisas məşğələləri intensiv olaraq davam etdirilir.

Ermənistan müdafiə nazirliyi növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb 14 Aprel 2025 15:45

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır.

Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb - VİDEO 13 Aprel 2025 17:53

Milli Müdafiə Universitetinin (MMU) Cəmşid Naxçıvanski adına Hərbi Liseyində Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Mirzəyev Murad Telman oğlunun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Həftəlik icmal (06.04.2025-13.04.2025) - VİDEO 13 Aprel 2025 16:39

"Azərbaycan Ordusu" qəzeti № 25 (2934) 12 Aprel 2025 20:52

“Murad Mirzəyev Salnaməsi” Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr edilmiş kitabın təqdimatı keçirildi...davamı Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olundu Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin yarandığı gündən 33 il keçir...davamı “Tarixi zəfərdə kiçik də olsa əməyimin olduğunu bilmək qürurverici hissdir” Azərbaycan Ordusunun düşmənin genişmiqyaslı təxribatının qarşısını alaraq əks-hücum əməliyyatına keçməsi ilə başlayan və şanlı qələbə ilə yekunlaşan Vətən müharibəsindən artıq bir neçə il ötüb...davamı “Təlimlər, məşğələlər şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsini təmin edir” Yaz fəslidi...davamı Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan azərbaycanlı - general-leytenant Balakişi bəy Ərəblinski Balakişi bəy Ərəblinski 1828-ci ildə Zaqatala mahalının Tala kəndində Mahal naibi Əli bəyin ailəsində anadan olub...davamı “Zəfər təəssüratlarım unudulmazdır” Kapitan Mansur Sədrəddinov ordumuzun vətənpərvər, peşəkar zabitlərindən biridir...davamı Məsuliyyətli sürücü Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Orxan İmanov on ilə yaxındır ki, sürücü kimi xidmət edir...davamı Tarix xatırladıqca yaşadılır...

Milli Müdafiə Universitetində zabit heyətinin təkmilləşdirmə kursunun 70-ci buraxılış mərasimi keçirilib - VİDEO 12 Aprel 2025 19:29

Azərbaycanda ordu quruculuğu prosesi İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra uğurla davam etdirilir.

Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib 12 Aprel 2025 16:57

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının taktiki raket bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib.