AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 25-də saat 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanaraq bölmələrimiz tərəfindən sərrast atəşlə dərhal məhv edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər həyata keçirilir.
Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 23-də Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Janıbek Kaparov ilə ikitərəfli görüşlər keçirib.
Dekabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.
Dekabrın 23-də Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.
Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın Moskva şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv təhlükəsizlik Şurasının növbəti sessiyasında populist çıxışı coğrafiyadan anlayışı olmayan, qeyri-adekvat şəxsin danışması təssüratını yaradır.
Dekabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının dekabrın 23-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
Ötən gün və gecə ərzində Silahlı Qüvvələrimizin bölmələri müxtəlif istiqamətlərdə düşmənin təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq onun atəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endiriblər.
Dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub.