Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 18 Yanvar 2016 09:00

Yanvarın 18-dən 20-dək Konya şəhərində (Türkiyə Respublikası) "Turaz Şahini - 2016" təliminin əsas planlaşdırma iclası, yanvarın 18-dən 22-dək Brüssel şəhərində (Belçika Krallığı) ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə treninq kursu və yanvarın 18-dən aprelin 8-dək Şrivenhəm şəhərində (Böyük Britaniya) hərbi ingilis dili təməl kursu keçirilir.

Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətlərinin rəhbər heyəti ilə görüşüb 15 Yanvar 2016 13:40

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilmiş Silahlı Qüvvələrin Hərbi Tibb Fakültəsində olublar.

Müdafiə naziri Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı ilə görüşüb 14 Yanvar 2016 09:00

Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullah ilə görüşüb.

Monitorinq baş tutdu 14 Yanvar 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə naziri ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru ilə görüşüb 13 Yanvar 2016 09:00

Yanvarın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçan ilə görüşüb.

Hərbi xidmətə yeni çağırılan gənclərin hərbi hissələrə qəbulu davam edir 13 Yanvar 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkə vətəndaşlarının hərbi xidmətə çağırışı davam edir.

Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı Azərbaycana rəsmi səfərə gələcək 13 Yanvar 2016 09:00

Yanvarın 13-də Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullah Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Təmas xəttində monitorinq keçiriləcək 13 Yanvar 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Azərbaycan ilə Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib 12 Yanvar 2016 09:00

Yanvarın 11-də London şəhərində Azərbaycan ilə Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Prezident İlham Əliyev: Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir 12 Yanvar 2016 09:00

Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir.