Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Təmas xəttində monitorinq keçiriləcək 17 Fevral 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb 16 Fevral 2016 09:00

Fevralın 16-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 15 Fevral 2016 09:00

Fevralın 15-dən 17-dək Surix şəhərində (İsveçrə) hərbi əməkdaşlıq konfransı, fevralın 15-dən 19-dək Ankara şəhərində (Türkiyə) terrorçuluğa qarşı mübarizə və Oberammerqau şəhərində (Almaniya) döyüş hazırlığı qiymətləndirmə kursları keçirilir.

Əsgərlər təntənəli surətdə hərbi and içiblər 14 Fevral 2016 09:00

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Hərbi qulluqçumuz şəhid olub 13 Fevral 2016 09:00

Fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçumuz kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə təntənəli yubiley mərasimi keçirilib 12 Fevral 2016 09:00

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 15 illiyi ilə əlaqədar təntənəli yubiley mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Heydər oğlu Əliyevə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi üzvlərinin MÜRACİƏTİ 12 Fevral 2016 09:00

Möhtərəm Prezident!Cənab Ali Baş Komandan!Sizi – xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi, müstəqil Azərbaycanımızı daha xoşbəxt gələcəyə inamla aparan möhtərəm Prezidentimizi, müdrik və qətiyyətli Ali Baş Komandanımızı səmimi-qəlbdən salamlayır və 57000 nəfərlik İctimai Birliyimizin üzvləri adından Zati-Alilərinizə möhkəm cansağlığı, uzun ömür və Vətən naminə xidmətlərinizdə bundan sonra da yorulmaz fəaliyyət arzulayırıq.

Düşmənin kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb 12 Fevral 2016 09:00

Fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

Müdafiə Nazirliyinin yeni layihəsi olan "Qızıl ulduzlu qəhrəmanlarımız" silsiləsindən hərbi-vətənpərvərlik tədbirlərinə start verilib 11 Fevral 2016 09:00

Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin xatirəsinə həsr olunmuş ilk tədbir Ağcabədi rayonunda keçirilib.

Hərbi qulluqçumuz şəhid olub 10 Fevral 2016 09:00

Fevralın 10-da düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz Quliyev Rahib Nəriman oğlu şəhid olub.