AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:
Əziz qadınlarımız!Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir və ən xoş arzularımı bildirirəm.
Martın 7-dən 18-dək Qeilenkirxen şəhərində (Almaniya Federativ Respublikası) milli koordinatorlar üçün atıcı silah, sursatlar sahəsində fiziki təhlükəsizlik və ehtiyatların idarə edilməsi və Ankara şəhərində (Türkiyə) şəxsi heyətin idarə olunması üzrə təcrübə mübadiləsi kursları keçirilir.
Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən martın 7-dən başlayacaq "TURAZ Şahini - 2016" təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyətinin bir qismi Konya şəhərində yerləşən aviabazaya gəlib.
Martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, bölmələrimiz növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər.
Martın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Mohamed Gamil ilə görüşüb.
Martın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib.
NATO-nun Quru Qoşunları İzmir komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda "NATO standartlarına uyğun kəşfiyyatla tanışlıq" mövzusunda kurs təşkil edilib.
Martın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb.