Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Monitorinq baş tutdu 22 İyun 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 22-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək 21 İyun 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 22-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 20 İyun 2016 09:00

İyunun 20-dən 24-dək Latina şəhərində (İtaliya Respublikası) effektiv görüntülü icra və nəzarət modulu üzrə icraedici kursu və NATO-nun kommunikasiya və informasiya sistemləri mövzusunda kurs, iyunun 20-dən 25-dək Tulon şəhərində (Fransa Respublikası) NATO-nun "MAREVAL" kursunda zabit-təlimatçı qismində iştirak, iyunun 20-dən 30-dək Gelzenkirxen şəhərində (Almaniya Federativ Respublikası) Vyana-11 sənədi üzrə beynəlxalq kurs, iyunun 20-dən iyulun 1-dək isə Tbilisi şəhərində (Gürcüstan) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması kursu keçirilir.

"İŞIK-2016" təlimləri başlayıb 20 İyun 2016 09:00

Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən iyunun 20-dən "İŞIK-2016" beynəlxalq axtarış-xilasetmə təlimləri başlayıb.

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib 20 İyun 2016 09:00

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunub, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib.

Operativ-taktiki təlimlər davam edir 20 İyun 2016 09:00

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.

VIII Yay Hərbi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı müraciət müzakirə olunub 18 İyun 2016 11:00

Beynəlxalq Hərbi İdman Şurasında (CISM) ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü general-mayor Natiq Əliyev Şuranın rəsmi nümayəndəsi Nevzat Varol ilə görüşüb.

Azərbaycan Silahlı Qüvvələri operativ-taktiki təlimlər keçirəcək 17 İyun 2016 09:00

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçiriləcək.

Azərbaycan Respublikasının Müdafiə naziri yanında Apellyasiya Şurasının iclası keçirilib 16 İyun 2016 09:00

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası ilə əlaqədar Müdafiə naziri yanında yaradılan Apellyasiya Şurasının iyunun 16-da iclası keçirilib.

Təlim və Tədris Mərkəzində buraxılış və qəbul mərasimi keçirilib 16 İyun 2016 09:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hazırlıq kursunu bitirən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.