Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi Dəniz Qüvvələrində keçirilən təlimlərin döyüş atışlı mərhələsi icra edilib 24 Avqust 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və təsdiq edilmiş döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində keçirilən təlimlərin döyüş atışlı növbəti mərhələsi icra edilib.

Xalq artisti gənc əsgərlərlə görüşüb 22 Avqust 2016 09:00

Hərbi qulluqçuların döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin də rolu çox böyükdür.

Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri başlayıb 22 Avqust 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və təsdiq edilmiş döyüş hazırlığı planına əsasən, avqustun 22-də Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri başlayıb.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edir 22 Avqust 2016 09:00

Avqustun 22-dən 26-dək Latina şəhərində (İtaliya) NATO-nun üzv və tərəfdaş ölkələrinin qərargah zabitləri üçün "Qüvvələrin hərəkətinin və açılmasının idarəedilməsi sistemi" (ADAMS) üzrə kurs keçirilir.

Silahlı Qüvvələrdə tolerantlıq və multikulturalizm həftəsi davam edir 22 Avqust 2016 09:00

Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı - Multikulturalizm ili üçün birgə tədbirlər planına əsasən "Milli-mənəvi, mədəni dəyərlərimizi yad təsirlərdən qoruyaq!" devizi altında keçirilən tolerantlıq və multikulturalizm həftəsi davam edir.

Milli Qəhrəman "Topçu İsgəndər"in yubileyi təntənə ilə qeyd olunub 18 Avqust 2016 09:00

Müdafiə Nazirliyi və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anadan olmasının 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

"İsgəndər qalası"nda vətənin müdafiəçiləri ilə görüş 18 Avqust 2016 09:00

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid İsgəndər Aznaurovun 60 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində "İsgəndər qalası"nın müdafiəçiləri ilə görüş olub.

Azərbaycan və ABŞ-ın hərbi tibb mütəxəssisləri arasında təcrübə mübadiləsi keçirilir 18 Avqust 2016 09:00

Oklahoma Milli Qvardiyasının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi tibb üzrə mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq və təcrübələrini bölüşmək məqsədilə seminar keçirilir.

Monitorinq baş tutdu 17 Avqust 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Ağstafa rayonunun Tatlı kəndi sahəsində qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Növbəti monitorinq keçiriləcək 16 Avqust 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Ağstafa rayonunun Tatlı kəndi sahəsində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.