Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"Azərbaycan Ordusu" qəzeti № 65 (3067) 19 Sentyabr 2026 15:00

“Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir”Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:“Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi.

Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib 18 Sentyabr 2026 20:16

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Koreya Respublikasının Gangvon əyalətinin İnje şəhərində təşkil olunan "4-cü Koreya Beynəlxalq Döyüş Təlimi Müsabiqəsi"ndə iştirak edib.

Azərbaycanda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçiriləcək - VİDEO 18 Sentyabr 2026 17:36

Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçiriləcək.

"Azərbaycan Ordusu" qəzeti № 64 (3066) 16 Sentyabr 2026 17:19

Ümummilli Liderin başladığı yolun Müzəffər Ali Baş Komandan zirvəsiDövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasında güclü ordunun müstəsna rolu vardır...davamı Parlaq gələcəyin yolu təhsildən keçirHər il sentyabrın 15-də Azərbaycanda Bilik Günü qeyd olunur və təhsil müəssisələrində yeni dərs ili başlayır...davamı Bakını azadlığa aparan 100 günlük yürüş1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə ölkə sakit və sabit siyasi şəraitdə müstəqillik qazanmamışdı...davamıHeydər Əliyev adına Hərbi İnstitutun kursantlarının andiçmə mərasimi keçirildiSentyabrın 12-də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstituta yeni qəbul olunmuş kursantların təntənəli andiçmə mərasimi keçirildi...davamı 1918 - Bakının zəfər salnaməsiAzərbaycan Hərb Tarixi Muzeyində “1918 - Bakının zəfər salnaməsi” mövzusunda tədbir keçirildi...davamı "Azərbaycan Ordusu" qəzetinin tam variantı

Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib 16 Sentyabr 2026 10:30

Sentyabrın 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək” şüarı ilə keçirilən 13-cü Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.

Müdafiə naziri Belarus Respublikasının müdafiə naziri ilə görüşüb - VİDEO 15 Sentyabr 2026 17:53

13-cü Pekin Syanşan Forumunda iştirak etmək məqsədilə Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.

Müdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir 15 Sentyabr 2026 14:14

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir.

“15 sentyabr – Bakının Zəfər salnaməsi” 15 Sentyabr 2026 13:43

Azərbaycan Hərb Tarixi Muzeyində 15 sentyabr 1918-ci il Bakının bolşevik-daşnak birləşmələrindən azad olunmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyinin məlumatı 15 Sentyabr 2026 12:52

Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı müvafiq konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirirlər.

Heydər Əliyev adına Hərbi İnstitutda andiçmə mərasimi keçirilib - VİDEO 14 Sentyabr 2026 12:44

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib.