AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başa çatıb.
Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Müdafiə Nazirliyinin Müdafiə Akademiyasının dekanı polkovnik Goran Huljev, "Katarina Zrinska" adına Xarici Dillər Mərkəzinin direktoru xanım İrina Prifi Duriç və digər nümayəndə heyəti Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunu və Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimi keçirilib.
İyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Agentliyinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Ordusu - qürurumuz, şərəfimiz və güvənc yerimiz Xalqımızın dövlətçilik tarixində xüsusi yer tutan əlamətdar günlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür...davamı Azərbaycan-Türkiyə qardaşlığı musiqinin dili ilə “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri bu gün siyasi, iqtisadi və humanitar sahələrlə yanaşı, hərbi əməkdaşlıq istiqamətində də uğurla inkişaf edir...davamı “Yaşasın, qalib Azərbaycan Ordusu!”26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108ci ildönümü münasibətilə Bakıda keçirilən hərbi yürüş paytaxt sakinlərinə unudulmaz anlar yaşatdı...davamıMəktubların qanadında Vətən sevgisiArxa cəbhə ilə ön xətt arasında qurulan mənəvi körpünün böyüyən nəsildə hərbi xidmətə dərin hörmət hissi formalaşdırdığını desək, yanılmarıq...davamı“Onların qalib ordumuzun zabitlərindən olacağını xəyal etmək belə böyük fəxrdir”Mən, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olmuş və gələcək hərbi təhsilini Heydər Əliyev adına Hərbi İnstitutda davam etdirəcək kursant Nihad Bəxtiyarovun atasıyam...davamı"Azərbaycan Ordusu" qəzetinin tam variantı
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzində Çin dili kursunun buraxılış mərasimi keçirilib.