Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir 16 Oktyabr 2025 15:05

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.Parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.

"Azərbaycan Ordusu" qəzeti № 74 (2983) 15 Oktyabr 2025 18:49

Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə barışmadıXX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış daxili çəkişmələr, gərgin siyasi vəziyyət, torpaqlarımızın 20 faizdən çoxunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı dövlət müstəqilliyimizi təhlükə altına salmışdı...davamı Dürüstlük nümunəsi və qorxmaz döyüşçü - general-mayor Kəlbəli xan NaxçıvanskiAzərbaycanın Naxçıvan bölgəsində yaşayıb-yaradan Kəngərli tayfası xalqımızın orta əsrlər və müasir tarixində dərin iz qoymuş çoxlu görkəmli şəxsiyyətlər yetişdirmişdir.

Hərbi qulluqçularımız “Eternity-2025” təlimində iştirak edir 15 Oktyabr 2025 18:30

Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Türkiyə Respublikasının Qars vilayətində üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təlimi keçirilir.

“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi çərçivəsində İran gəmiləri Azərbaycana gəlib 15 Oktyabr 2025 17:23

Azərbaycanda keçiriləcək “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət ölkəmizin ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib.

Azərbaycan və Koreya hərbi əməkdaşlığı müzakirə olunub 15 Oktyabr 2025 16:52

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin Xarici Kəşfiyyat İdarəsinin direktoru general-mayor Choi Chun-songun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib 14 Oktyabr 2025 19:13

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan hərbçilərinin iştirakı ilə baş tutan "Birlik - 2025" birgə regional təliminin oktyabrın 14-də açılış mərasimi keçirilib.

Serbiya nümayəndə heyəti ölkəmizdə səfərdədir 14 Oktyabr 2025 18:07

Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.

İnspeksiya yoxlaması çərçivəsində bölmələrin nümayiş məşqləri keçirilib - VİDEO 14 Oktyabr 2025 17:21

2025-ci ilin hazırlıq planına əsasən, hərbi hissə və bölmələrdə inspeksiya yoxlaması çərçivəsində gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib.

Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı kompleks tədbirlər təşkil olunur - VİDEO 14 Oktyabr 2025 10:09

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun bütün qoşun növlərində və hərbi hissələrində, o cümlədən Əlahiddə Ümumqoşun Orduda silahların, döyüş və xüsusi texnikaların, həmçinin aviasiya vasitələrinin payız-qış mövsümü istismarı rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir 13 Oktyabr 2025 20:40

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Tibb sahəsində ingilis dili" mövzusunda kursun birinci modulu keçirilir.