AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) təşkil edilmiş “Təməl dalğıc kursu” və “Dalğıc işində rəhbərlik kursu”nun buraxılış mərasimi keçirilib.
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Azərbaycanla NATO arasında 2025-ci il üçün təsdiq olunmuş “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Quru Qoşunlarının “N” hərbi hissəsində Müdafiə Nazirliyi və NATO-nun nümayəndə heyətinin iştirakı ilə ekspert görüşü keçirilib.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gücü daha da artırGüclü və müasir orduya sahib olmaq hər bir dövlətin milli təhlükəsizliyinin və suverenliyinin təminatıdır...davamı“İdman döyüş qabiliyyətimizə müsbət təsir göstərir”Döyüş hazırlığına müsbət təsir edən amillərdən biri də şəxsi heyətin fiziki hazırlığı və idman normativlərini bacarıqla yerinə yetirməsidir...davamı“Nizam-intizam sıradan başlanır”Bu gün bölmələrdə hərbi xidmət keçən gənclərə yüksək təlim keçirildiyi hamıya bəllidir...davamıVətəni Vətən kimi sevənlərin əhatəsindəMahiyyəti torpaq olan Vətən kəlməsinin yaşı dövlət kəlməsinin yaşından böyükdü.
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.Sağlamlıq vəziyyəti yoxlanıldıqdan, təhlükəsizlik qaydaları ilə tanışlıqdan və aviasiya vasitələrinə nəzarət baxışı keçirdikdən sonra uçuş heyətləri təlim-məşq uçuşları üzrə tapşırıqların icrasına başlayıblar.Plana uyğun olaraq gənc pilotlar qalxma, enmə, müəyyən edilmiş marşrutlar üzrə fərdi və aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj elementlərinin icrası və digər uçuş tapşırıqlarını uğurla yerinə yetiriblər.Hərbi pilotlarımızın peşəkarlıq səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən təlim uçuşları zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, avqustun 17-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
“Bundan sonra da şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəyik!” Yay fəslidir.
Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.