Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 18 Mart 2025 20:35

Martın 18-i saat 16:40-dan 18:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Respublikasının müdafiə nazirinin Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki 18 Mart 2025 18:20

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram.

Media nümayəndələri üçün Heydər Əliyev adına Hərbi İnstitutda "Açıq qapı günü" keçirilib 18 Mart 2025 13:52

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda "Açıq qapı günü" keçirilib.

Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib - VİDEO 18 Mart 2025 11:58

Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışında praktiki məşğələlər keçirilir.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 18 Mart 2025 11:20

Martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir 18 Mart 2025 11:15

Müdafiə Nazirliyi cari ilin 30 aprel tarixinədək müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu elan edir.

Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub 18 Mart 2025 09:09

Martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub 17 Mart 2025 22:30

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - VİDEO 17 Mart 2025 16:16

Martın 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.Zəfər parkına gələn Bosniya və Herseqovina nümayəndə heyəti Zəfər abidəsinin önünə əklil qoyub.Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.Nazirlikdə keçirilən görüşdə Azərbaycan müdafiə naziri qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlarda qazanılan qələbələrdən sonra ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar, azad edilmiş ərazilərimizdə həyata keçirilən tədbirlər, həmçinin Ermənistan-Azərbaycan şərti dövlət sərhədində əməliyyat şəraiti barədə həmkarını məlumatlandırıb.Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab Z.Helez göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 17 Mart 2025 15:05

Martın 17-si gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.