AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd RPK-74M, 1 ədəd AK-74M, 1 ədəd əl qumbaraatanı, 2 ədəd gecə görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda “Qərargah zabiti kursu”nun 1-ci buraxılışına həsr olunmuş tədbir keçirilib.
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Cari ilin hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər edib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirirlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Məmmədov Zamin Allahverdi oğlu və Məmmədli Murad Teymurşah oğlunun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 2 fevral – Gənclər Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə bayram tədbirləri keçirilib.
Ordu quruculuğunda gənclərin rolu əvəzsizdirAzərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik...davamıBiz gənclər əldə etdiyimiz bütün uğurlara görə Ali Baş Komandana borcluyuqAzərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir...davamıGənclər Azərbaycanın vətəndaşlıq əsgərləridirlərZülmətin bağrını yardın, gecəni dan elədin!