AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəraçi şəhərində bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munir ilə görüşüb.
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə "SAT-SAS-2024" birgə təlimi keçirilir.
Milli dirçəlişdən milli tərəqqiyə gedən tarixi yolXalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü ölkəmizin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb...davamıOrtaq tarix, ortaq güc:
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Pakistana işgüzar səfəri davam edir.
Heydər Əliyev adına Hərbi İnstitutda Zəfər gününün dördüncü ildönümünə həsr olunmuş “İkinci Qarabağ Müharibəsinin hərbi-siyasi dərsləri:
“IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün Pakistanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya"nın iclasında iştirak etmək üçün Tehran şəhərinə səfər edib.
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistanda keçirilən “IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün bu ölkəyə səfər edib.
2024-cü ilin tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə silsilə tədbirlər keçirilib.