AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik HI Veydon ilə görüşüb.
Oktyabrın 31-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqonenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qarabağ bölgəsində əraziyə baxış zamanı qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus üç ədəd özüyeriyən artilleriya qurğusu aşkar edilib.Bu zirehli texnika T-72 tankının mühərriki ilə təchiz edilmiş dartıcının üzərinə artilleriya topunun kustar üsulla quraşdırılması ilə hazılanmışdır.Qeyd edək ki, bu qurğu 1951-ci ildə istehsal edilmiş mərmilərlə 17.5 km məsəfəyə atəş açmaq imkanına malikdir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çin Xalq Respublikasına işgüzar səfəri davam edir.Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyini ziyarət edib.
Çində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun açılış mərasimində iştirak edib.Mərasimdə "Əsas güc ölkələrinin məsuliyyəti və qlobal təhlükəsizlik əməkdaşlığı" mövzusu üzrə məruzə dinlənilib.Müdafiə nazirinin Çində səfəri davam edir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbirlər keçirilib.
Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib.
Müdafiə Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə bir qrup şəhid ailəsinin Türkiyə Respublikasına səfəri təşkil olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir.