AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən müharibəsi tariximizə Zəfərlə yazıldıAzərbaycan xalqının tarixinə nəzər salsaq, hər zaman fəxr ediləcək mərd oğullarla dolu səhifələr görərik...davamı “Hazırlıqlı əsgər qalib əsgərdir”Minaatanlar geniş meydanda məşğələ keçirdilər.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bölmələrin döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Komando briqadaları və digər hərbi hissələrdə olub.
Dekabrın 16-sı saat 17:20-dən 18:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Qoturbulaq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Göyəlli və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində cari il ərzində 15620 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
Dekabrın 16-sı saat 12:00-dan saat 13:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusunda sürücü ixtisası üzrə xidmət edən hərbi qulluqçuların peşəkarlığının və hazırlıq səviyyəsinin artırılması məqsədilə hərbi hissələrdə və təlim mərkəzlərində nəzəri-praktiki məşğələlər keçirilir.
Dekabrın 15-i saat 20:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
2022-ci ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda “İlin ən yaxşı psixoloqu” müsabiqəsi keçirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Milli Assambleyasının üzvü cənab Lii Hunseunqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dekabrın 14-ü saat 17:50-dən saat 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Gorus rayonunun Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Zəylik, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.