AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən Hərbi İdarəetmə İnstitutunda "NATO-da operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi" təlim kursu keçirilir.
Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbir və konsert proqramları keçirilib.
Vətən müharibəsində qazanılan qələbənin ikinci ildönümü münasibətilə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının və media nümayəndələrinin iştirakı ilə “Zəfər zirvəsi”nə ekspedisiya təşkil olunub.
Noyabrın 8-i saat 18:40-dan noyabrın 9-u saat 02:20-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Yuxarı Zağalı və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı,Yellicə, Zəylik, Zağalı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Zəfər Günü ilə əlaqədar Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!Sizi hərb tariximizin ən şanlı səhifəsi sayılan 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il hazırlıq planına uyğun olaraq noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.
Zəfər Günü münasibətilə noyabrın 8-də Müdafiə Nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.