AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir.2022-ci il üzrə təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar mərasimlər keçirilib.Mərasimlərdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.Çıxış edənlər müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələblərini, Azərbaycan Ordusunun qarşıda duran vəzifələri, eləcə də digər məsələləri şəxsi heyətin diqqətinə çatdırıblar.Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanması üzrə tədbirlər həyata keçiriləcək.
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının şəxsi heyətinin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə praktiki məşğələlər keçirilir.