AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.
Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 35 yaşınadək hərbi vəzifəlilər avqustun 6-dan 31-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimləri davam edir.
Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin görüşü keçirilib.
2020-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yay tədris dövrü başlayıb.
“Vətən qürur mənbəyimizdir”Azərbaycan cəmiyyətində hər zaman ordu amili, ordu dəyərləri uca tutulub və artıq bu bizim mənəvi-psixoloji kodeksimizə çevrilib.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il avqustun 1-dək 112.759.464,65 AZN, 213.577,88 ABŞ dolları, 18.341,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının bayram və istirahət günlərində mənalı istirahətləri təşkil olunub.