AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda keçiriləcək Müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün London şəhərinə səfərə gedib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 7-də Göygöl rayonunun Ömər dağ keçidində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına əsasən, sentyabrın 6-da Bakıda tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib.
Silahlı Qüvvələrdə "Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!" devizi altında keçirilən silsilə tədbirlər aylığı davam edir.
Ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı ərəfəsində sentyabrın 11-də saat 11.00-da hərbi hissələrdə "Açıq qapı" günü təşkil olunacaq.
Aprel hadisələrindən sonra Ordunun nüfuzunun artması, vətəndaşlarımızda ruh yüksəkliyi və döyüş əzminin yüksəlməsi Silahlı Qüvvələrdə hərbi xidmət keçmək arzusunda olan insanlardan çoxsaylı müraciətlərin daxil olmasına səbəb olmuşdur.
Müdafiə Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə uzunömürlülər diyarı Lerikdə aprel döyüşlərinin iştirakçıları olan bir qrup hərbi qulluqçu ilə rayon ictimaiyyətinin görüşü olub.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 sentyabr 2016-cı il tarixədək 76.261.691,80 AZN, 212.373,88 ABŞ dolları, 4193,69 avro və 5000,0 rubl vəsait daxil olub.