AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Сənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.
Müdafiə Nazirliyində akkreditə olunmuş kütləvi informasiya vasitələri nümayəndələrinin bir qrupuna dekabrın 26-da akkreditə kartlarının təqdim olunması mərasimi keçirilib.
Dekabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Şəxsi Heyət Baş İdarəsi və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin əsaslı təmir edilmiş binalarının açılışı mərasimində iştirak ediblər.
Erməni silahlı birləşmələrinə məxsus pilotsuz uçan aparatın guya vurulmadığı barədə erməni tərəfinin iddialarına cavab olaraq mövqelərimizə yaxınlaşan və çəkilişlər etməyə cəhd göstərən düşmən aparatının vurulma anı və kamerasından əldə edilmiş kadrları təqdim edirik.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qərara alıram:
Dekabrın 25-də saat 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanaraq bölmələrimiz tərəfindən sərrast atəşlə dərhal məhv edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər həyata keçirilir.
Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 23-də Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Janıbek Kaparov ilə ikitərəfli görüşlər keçirib.
Dekabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.
Dekabrın 23-də Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.