AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 8-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində baş vermiş xain terror aktı nəticəsində türk hərbçilərinin şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Vecdi Gönülə və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb.
Sentyabrın 7-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 13 dövlətin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeslərinin iştirakı ilə görüş keçirilib.
Koreya Respublikası Silahlı Qüvvələrinin Hərbi Attaşelik aparatının ölkəmizdə təsis edilməsi münasibətilə sentyabrın 7-də iki dövlətin Müdafiə Nazirliklərinin nümayəndələri arasında görüş keçirilib.
Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə sentyabrın 6-dan başalayan Komanda Qərargah Hərbi Oyunlarının ilkin mərhələsinə start verilib.
Sentyabrın 7-dən 11-dək Marmaris şəhərində (Türkiyə Respublikası) “Beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi” kursu, 18-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Hərbi-Mülki əməkdaşlıq” kursu, oktyabrın 16-dək Vişkov şəhərində (Çexiya Respublikası) Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı kursu, noyabrın 27-dək Şrivenhəm şəhərində (Böyük Britaniya) Hərbi İngilis dili kursu, dekabrın 18-dək Vilnüs şəhərində (Litva Respublikası) kiçik rütbəli zabitlər üçün qərargah kursu, sentyabrın 8-dən 16-dək Varşava şəhərində (Polşa Respublikası) NATO Standartlaşdırma kursu keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları keçirilir.
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttində bir neçə yerdə mövqelərimizə basqın etməyə cəhd göstərib.
Cəbhəboyu zonada vəziyyət gərgin olaraq qalmaqdadır.
Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq, son bir neçə gün ərzində Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu zonada düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə davamlı zərbələrindən ağır itkilərə məruz qalan erməni tərəfi qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimizi və dinc sakinlərimizi atəşə tutmağa başlayıb.