AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 20-də saat 23:40-dan 23:45-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21:00-dan 21:10-dək və noyabrın 21-də saat 00:47-dən 00:57-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01:00-dan 01:05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-də saat 15:40-dan 15:45-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23:10-dan 23:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23:15-dən 23:20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-də saat 22:50-dən 23:00-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 18-də saat 04:00-dan 04:10-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05:35-dən 05:45-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 17-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənub-qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Noyabrın 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Almatıya yola düşüb.
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da saat 00:12-dən 00:15-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Tədbirlərin siyahısı “İSAF əldəqayırma partlayıcı qurğularla mübarizə üzrə brifinq günü” tədbiri16.11.2011Brüssel, BelçikaAçılan birgə qüvvələrin qərargah təlim kursu21.11-02.12.2011Brunssum, NiderlandFTP-dən əlavə21-25.11.2011 Kütləvi qırğın silahları və terrorizm kursuAnkara, TürkiyəÖyrənilmiş təcrübələr mövzusunda NATO qərargah zabitləri kursu21-25.11.2011Kunqsaengen, İsveçFTP-yə əsasən21-25.11.2011 NATO-nun arxa cəbhə idarəsinin tərəfdaşların arxa cəbhə ekspertlərinin işçi qrupunun növbəti görüşüTbilisi, Gürcüstan FTP-dən əlavə28-30.11.2011 NATO-nun Lissabon birləşmiş qərargahının tibb mütəxəssisləri üçün mobil təlim kursuBakı, AzərbaycanƏİK proqramı çərçivəsində qiymətləndiricilərin təlim kursu28.11-02.12.2011Mautem an der Donau, AvstriyaAzərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən 28-29.11.2011 Təhlükəsizlik sisteminə ictimai nəzarətin təkmilləşdirilməsi məqsədilə milli ombudsman, media və QHT ilə əməkdaşlıq üzrə təcrübə mübadiləsiBakı, AzərbaycanAzərbaycan-BB ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən28.11-09.12.2011 Sülhü dəstəkləmə əməliyyatları üzrə təlim kursunun hazırlanması və qiymətləndirilməsi kursuVişkov, Çexiya
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-də saat 21:00-dan 21:24-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Noyabrın 11-də saat 20:00 radələrində Beyləqan rayonunda yerləşən N saylı hərbi hissənin avtomobil parkının ərazisində yanğın baş verib.
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 11-də saat 13:45-dən 14:00-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.