AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tədbirlərin siyahısı FTP-dən əlavə11-15.01.2010 NATO-nun Akademik Təlimatçılar kursu Oberammerqau, Almaniya.
ATƏT-in fəaliyyatdə olan sədrinin xüsusi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 12-də Azərbaycan Respublikasının Tərtər rayonunda Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Yanvarın 10-da N saylı hərbi hissənin əsgəri Səfərov Nurlan Telman oğlu (28.08.1992 Binəqədi 15.10.2010) intihar edib.
Yanvarın 10-da gecə saat 03:00 radələrində Ağstafa rayonunun Qırlı kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsinə N saylı hərbi hissənin kiçik çavuşu Əsgərov Sahib Əsgər oğlu, əsgər Mehdiyev Sənan Rza oğlu və əsgər Ağayev Ulduz Əbilağa oğlu tərəfindən silahlı hücum edilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 6-da saat 20:00-dan 20:35-dək Ermənistan Respublikasının Berd (Tovuzqala) rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndi ərazisində yerləşən mövqelərimizi, saat 09:15-dən 09:25-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20:00-dan 20:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.