Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 2 İyul 2010 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 1-də saat 08:15-dən 08:35-dək, saat 20:45-dən 20:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19:00-dan 19:05-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23:25-dən 23:50-dək Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23:25-dən 23:45-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23:25-dən 23:40-dək, iyulun 2-də saat 01:20-dən 01:45-dək Tərtər rayonunun Göyarx və Qapanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 16:05-dən 16:25-dək, iyulun 2-də saat 03:05-dən 03:15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 1 İyul 2010 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 30-da saat 07:10-dan 07:30-dək, saat 07:48-dən 08:10-dək, saat 08:25-dən 08:45-dək, iyulun 1-də saat 03:30-dan 03:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 16:10-dan 16:50-dək, saat 19:50-dən 20:20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən, iyulun 1-də saat 00:40-dan 00:55-dək Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.