AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının və Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfirləri – Məhəmməd Bağır Bəhrami və Paulo Antonio Pereyra Pintonu qəbul edib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 8-də saat 05:00-dan 05:10-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 6-da saat 12:30-dan 13:00-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Koxa Nəbi kəndindəki mövqelərimizi;-avqustun 7-də saat 04:30-dan 05:00-dək Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 4-də saat 05:20-dən 05:40-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 2-də saat 17:30-dan 17:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;-saat 18:50-dən 19:00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 2-də saat 03:40-dan 03:50-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 05:40-dan 05:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini pulemyotlardan atəşə tutublar.
"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDAKEÇİRİLƏN və DİGƏR TƏDBİRLƏRİN SİYAHISISentyabr, 2009-cu il1.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 31-də saat 13:35-dən 13:45-dək və 16:50-dən 17:22-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;-saat 14:00-dan 14:15-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;-sentyabrın 1-də saat 00:40-dan 00:55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.