AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in icraçı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 10-da Ermənistan-Azərbaycan cəbhəsinin Sədərək yaşayış məntəqəsinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev dekabrın 4-də Avro-Atlantika Tərəfdaşlığı Şurası Müdafiə Nazirlərinin növbəti sessiyasında iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşmüşdür.