AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il iyulun 28-dən avqustun 8-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində ABŞ-ın Vircinya ştatının Norfolk şəhərində “Kooperativ Osprey” adı altında sülhməramlı təlimlər keçirilir.
1997-ci il iyulun 17-də Yunanıstan Respublikasının müdafiə naziri cənab Akis Tsoxadzopulos və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
1997-ci il iyulun 17-18-də Yunanıstan Respublikasının müdafiə naziri Akis Tsoxadzopulos və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gələcəkdir.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində 1997-ci il iyulun 7-dən 14-dək Almaniya Federativ Respublikasının Münhen şəhərində tibbi planlaşdırma və iyulun 7-dən 21-dək Oberammergau şəhərində ətraf mühitin mühafizəsi sahəsində Silahlı Qüvvələrin məsuliyyəti məsələləri üzrə kurslar keçirilir.