AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1996-cı il noyabrın 25-dən 28-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində tərəfdaşlığı əlaqələndirmə üzrə direktor general-mayor K.Lanqe və polkovnik Medviç Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.
1996-cı il noyabrın 13-dən 19-dək London şəhərində Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə iştirakçıları olan dövlətlərin verifikasiya mərkəzləri rəislərinin görüşü keçiriləcək.
1996-cı il noyabrın 13-dən 15-dək Norfolk şəhərində (ABŞ-ın Vircinya ştatı) NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Aura-96” təlimi keçiriləcək.
1996-cı il noyabrın 11-dən 16-dək Türkiyə Respublikasının İstanbul şəhərində Hərbi Dəniz Qüvvələrinin beynəlxalq yarışı keçiriləcək.
4-8 noyabr 1996-cı il tarixdə Norveçin Stavanker şəhərində “Sülh Naminə Tərəfdaşlıq” proqramı üzrə “Banners-97” təlimi üçün partnyorlar hazırlamaq məqsədilə işgüzar görüş keçirilir.
30 oktyabr – 3 noyabr 1996-cı il tarixdə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Əməliyyat İdarəsinin rəisi korgeneral Çətin Doğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.