Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 1996 00:01

Müdafiə Nazirliyinin məlumatı

30 oktyabr – 3 noyabr 1996-cı il tarixdə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Əməliyyat İdarəsinin rəisi korgeneral Çətin Doğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyev oktyabrın 31-də nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri S.Əbiyev və korgeneral Ç.Doğan arasında Azərbaycan və Türkiyə respublikaları Silahlı Qüvvələrinin əməkdaşlığı sahəsində 10 iyun 1996-cı il tarixdə Ankarada imzalanmış sazişin müddəalarının həyata keçirilməsi barədə fikir mübadiləsi olmuşdur.
TR SQ Baş Qərargah rəisi orgeneral İsmayıl Haqqı Qaradayının 24-26 iyun 1996-cı il tarixdə Bakıya cavab səfəri zamanı onunla və AR Müdafiə naziri general-leytenant S.Əbiyev arasında əldə edilmiş razılığa əsasən oktyabrın 31-də tərəflərin tibb xidməti sahəsində əməkdaşlığı haqqında Protokol imzalanmışdır.
Sonrakı günlərdə nümayəndə heyəti tanışlıq məqsədilə Nazirliyin Hərbi Tibb İdarəsində, respublikanın hərbi məktəblərində və mədəni proqram çərçivəsində respublika paytaxtının görməli yerlərində olmuşdur.
Səfərin sonunda Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev tərəfindən qəbul edilən nümayəndə heyəti noyabrın 3-də Türkiyəyə qayıtmışdır.