Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2023 10:00

Erməni oğurluğu, erməni saxtakarlığı...

Tarixdə ermənilərin oğurluqları çox olub. Diqqətlə araşdırıb öyrəndikcə baxıb görürsən ki, bu millətin işi-gücü ancaq başqalarının mal-mülkünü oğurlamaq, sonra da yavaş-yavaş öz adına çıxıb mənimsəməkdir. Ermənilər torpaq oğurlayırlar, daş oğurlayırlar, kitab oğurlayırlar, mahnı oğurlayırlar, pul oğurlayırlar... Daha nə oğurlamırlar ki?!
Bu günlərdə ermənilərin daha bir oğurluğu barədə tarixi məlumatları oxuyanda heyrətə gəldim. 1747-ci ildə Nadir şah xəyanət nəticəsində qətlə yetirildikdən sonra dövlətin, dövlətçiliyin nizamı pozulur. Ölkədə qarışıqlıq, xaos yaranır. Necə deyərlər, dövranın gərdişi dəyişir, duru sular bulanır. Bu qarışıqlıqdan, bu bulanıqlıqdan bacarıqla istifadə edən ermənilər müxtəlif yollarla şah xəzinəsinə yol tapıb onu müəyyən hissəsini ələ keçirirlər. Başqa millətlərdən fərqli olaraq ermənilər oğurladıqları bu sərvəti şəxsi mənfəətləri üçün xərcləmirlər. Onu Moskvada yaşayan milli böyükləri, mənəvi ataları hesab etdiklərı Ovanes İvan Lazarevə göndərirlər. Lazerev də xəzinədən oğurlanıb göndərilən bu pulların, qızılların müəyyən hissəsini İkinci Yekaterinaya hədiyyə edərək 1791-ci ildə erməni uşaqları üçün xüsusi məktəbin açılmasına icazə alır. Onun məktəb açmaqda əsas məqsədi bu təhsil ocağının bazasında özlərinin yalançı tarixlərini satqın alimlərə yazdırmaq idi. Min cür kələk quran ermənilər bunu da bacarırlar, istəklərinə, məqsədlərinə çatırlar. İllər sonra  həmin məktəb Şərq Dilləri İnstitutu kimi də tanınır. Papirus kitablarında yunan dilində əlavələr edib onu müəyyən saxlanclara ötürməklə tarixi saxtalaşdıran Lazarev institutunun "fəaliyyəti"nə qədər heç bir Şərq mütəxəssisi Urartunu erməni dövləti kimi, ümumiyyətlə, Armeniya adında dövlət qurumunu tanımayıb. Çox heyflər olsun ki, ermənilər Nadir şahın xəzinəsindən oğurladıqları pulların hesabına xeyli saxtakar işlər gördülər. Özlərinə olmayan bir tarix uydurdular və bir çoxlarını da buna inandırmağı bacardılar.
Ermənilərin özləri haqqında yazdıqları
Başqaları ermənilər haqqında yazanda, bəlkə də, çoxları buna ağız büzüb inanmazlar. İlk olaraq ermənilər özləri həyasızcasına hay-küy salıb, bunun belə olmadığını sübut etməyə çalışarlar. Amma yəqin ki, özlərinin özləri haqqında yazdıqlarına hamı ilə bərabər ermənilər də az-çox inanırlar. Çünki bunları yazanlar onların içlərinə, uydurduqları "tarixə" yaxından bələddirlər. Ona görə də etiraz edə, səs-küy sala bilməzlər.
Amerika vətəndaşı, erməni yazıçısı L.Z.Serməliyan "Xanımlar və cənablar, müraciətim sizədir!" adlı kitabında erməniləri belə xarakterizə etmişdi: "Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və azəri xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız və amansız qəddarlığıdır". Təəssüflər olsun ki, illərcə əvvəl başlanan həmin qəddarlıq bu gün də davam etməkdədir.
Xaçatur Abovyan isə erməni dilindən, onun leksikonundan bəhs edərək yazır: "Bizim dilimizin 50 faizi türk sözləridir". Yəqin ki, yerdə qalan 50 faizin də yarısı rusların, yarısı da gürcülərin payına düşür. Ermənilərin özünə isə demək olar ki, heç nə qalmır.
Gevorq Aslan isə erməni tarixçilərinin min illik əzab-əziyyətini, tarixdə erməni dövlətlərinin olduğunun "sübutlarını" bir cümləsi ilə məhv edir. O öz milləti haqqında yazır: "Ermənilərin dövləti olmayıb. Onlar vətənpərvərlik hisslərindən məhrumdurlar". Bu sözdə, çox böyük həqiqət və məntiq var. Deməli, ermənilərin torpağı və dövləti olmadıqlarına görə vətənpərvərlik hissləri də yoxdur. Vətənpərvərlik hisslərindən məhrum olanlar isə məğlubiyyətə məhkum olurlar. Necə ki, ermənilər 44 günlük Vətən müharibəsində məğlubiyyət acısını daddılar.
Qazaros Aqayan adlı erməni isə ədəbiyyatlarının zəifliyinə toxunaraq yazır: "Bizim aşıqların şeirlə yazılmış dastanları yoxdur. Olanların da hamısı türkcədir (azərbaycancadır)".
Mikael Nalbadyanın da fikri maraqlıdır: "Mən ermənilərin sakin olduğu bir çox yeri gəzmişəm. Daim erməniyə aid bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetirilməmişdir". İnanırıq ki, Nalbadyanın arzusu heç vaxt çin olmayacaq. Çünki ermənilər heç vaxt heç nə yaratmırlar. Onlar ancaq və ancaq başqa xalqların yaratdıqlarını oğurlamaqla, saxtalaşdırmaqla, erməniləşdirməklə və dağıtmaqla məşğuldurlar.
Stepan Borisoviç İsaxanyan isə tarixi faktlara müraciət edərək yazır ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər müxtəlif ölkələrdən gəlmiş qaçqınlar olub. Azərbaycan torpağı onlar üçün təqiblərdən və təhdidlərdən sığınacaq yeri olmuşdur.
Bax, bu da erməni ziyalılarının erməni xalqı və tarixi haqqında yazdığı qısa qeydlərdən bəzi epizodlar. Ermənilər bu yazılanları hansısa bir tarixi arqument gətirib təkzib edə bilməzlər. Çünki bunlar tarixi həqiqətlərdir. Həqiqətə qarşı vuruşmaq isə cahillikdir. Cahillər isə həmişə qələbədən məhrum olurlar, məğlubiyyətlə üzləşirlər.
İrəvan xanlığı
Tarixin dərinliklərində hələ də bilmədiyimiz xeyli həqiqətlər yatır. Amma nə yaxşı ki, bacarıqlı, bilikli tarixçilərimiz çətinliklə də olsa həmin həqiqətlərin uzun müddət üstünün örtülü qalmasına imkan vermirlər. Onlar zaman-zaman həqiqəti üzə çıxarıb insanlara çatdırırlar. İllərdir erməni tarixçiləri İrəvan şəhərinin onlara məxsus olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Elmi ekspedisiyalar təşkil edir, qazıntılar aparırlar. Təbiidir ki, bütün bu qazıntılar isə tarixi torpaqlarımızı erməniləşdirməyə xidmət edir. Erməni alimlər nə qədər çalışıb dəridən-qabıqdan çıxsalar da, heç nəyə nail ola bilmirlər. Çünki aparılan qazıntılar başqa həqiqətləri ortaya çıxarır, başqa fikirlər pıçıldayır. Tarixi faktlar bu yerlərin əbədi-əzəli Azərbaycan torpaqları olduğunu sübut edir. Erməni tarixçiləri isə həqiqəti olduğu kimi yazmır, onu saxtalaşdırıb erməni donu geyindirirlər. Əminik ki, düşmənlər heç vaxt məqsədlərinə çatmayacaqlar. Müdriklərdən biri çox gözəl deyib ki, həqiqətə qarşı vuruşanlar heç vaxt qalib gəlmirlər.
Məlumat üçün qeyd edək ki, İrəvan şəhərinin  əsası 1510-cu ildə Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin vəziri Rəvanqulu xan tərəfindən qoyulub. Şəhər onun şərəfinə Rəvan adlandırılıb. Sonralar "İrəvan" kimi tələffüz edilib. Əhalisi Azərbaycan türkləri olan İrəvan şəhəri və İrəvan xanlığı tarixi Azərbaycan torpağıdır. Rusiya və İran tərəfindən işğal edildiyi XIX əsrin əvvəllərində xanlıqlara bölünmüş ölkəmizin müqavimət göstərməyinə baxmayaraq, böyük rus imperiyasının qarşısında arxasız qaldığı üçün təslim olub. Azərbaycanın başqa xanlıqları kimi İrəvan xanlığı da eyni taleyi yaşayıb. Tədqiqatçılar yazırdı: "İrəvan xanlığı da asanlıqla təslim olmamışdır. İrəvan xanı Hüseyn xan ruslara qarşı müqavimət göstərərək 1827-ci ilə qədər vuruşmuşdur. Rusların İrəvanı mühasirəyə aldıqları zaman orada olan rus yazıçıları İrəvan qalasından çox sayda məscid minarələrinin göründüyünü və xanlıq alındıqdan sonra orada yaşayan əhalinin türk olduğunu qeyd etmişlər".

Hazırladı: Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"