Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2018 09:16

Mart qırğınları xalqımızın qan yaddaşıdır

Ermənilər XX əsrdə Azərbaycan xalqına qarşı dəfələrlə soyqırımlar həyata keçirmişlər. Təbii ki, onların məqsədi torpaqlarımıza, zəngin nemətlərimizə sahiblənmək olub. 1918-ci il 31 mart soyqırımı, 1992-ci il 26 fevral Xocalı faciəsi insanlığa sığmayan hadisələrdir.
31 Mart Azərbaycanlıların Soyqırımı tarixindən 100 il keçir. Bu soyqırımları zamanı uşaqlara, qocalara, qadınlara qarşı ermənilər tarixdə görünməmiş vəhşiliklər törətmişlər. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Qarabağda və Azərbaycanımızın digər bölgələrində erməni daşnaklarının törətdiyi qırğınlar barədə o dövrün mətbuatında da geniş yazılar dərc olunub.
Bildiyimiz kimi, 31 mart soyqırımı ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş qəddar təxribatlardan biridir. Həmin gün təkcə insanlar qətlə yetirilmədi, həm də xalqımızın sərvətləri, maddi-mədəniyyət abidələri də yerlə-yeksan edilib.
Bu günə qədər insanların söylədiyi dəhşətli faktlar barədə çoxlu sayda əsərlər, kitablar yazılıb. O faktlardan birini söyləmək istəyirəm. Ermənilərin hücumlarından qorunmaq üçün şəhər xəstəxanasına, məscidlərə sığınan minlərlə insanın yandırılması faktı onların vəhşiliyinin bariz nümunəsidir.
80 il sonra bu hadisələrə düzgün qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilib. 26 mart 1998-ci il tarixində "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalandı. Məhz həmin fərmana görə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi tarixə yazıldı.
Göründüyü kimi, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər sonsuzdur. Təqvim üzərinə təqvim gəlsə də, yeni-yeni nəsillər dünyaya göz açsa da, belə dəhşətlər xalqımızın yaddaşından silinməyəcəkdir.

Hüsniyyə İDRİSOVA, BSU-nun I kurs tələbəsi