Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2019 10:05

"Azərbaycan Ordusu" qəzeti №78 (2395)

“Vətən, sənin əsgərinəm!”

Gənc əsgərlərin hazırlıq keçdikləri "N" hərbi hissəsində hərtərəfli şəraitin şahidi olduq. Xidmətdə ilk addımlarını atan gənclər hərbi hissədə heç bir çətinlik çəkmədən təlim kursunu uğurla başa vurur, bacarıqlı əsgərlər kimi xidməti yerlərinə yollanırlar. Yaxın günlərdə səngərlərdə xidmətə başlayacaq gənc əsgərlərimizlə həmsöhbət olub düşüncələrini öyrəndik. Xalqımıza Böyük Qələbə sevincini yaşadacaq əsgərlərin fikirlərini oxucularla bölüşürük...davamı



“Nağıl qəhrəmanlarım, gerçək qəhrəmanlarım”

Bu payız səhərində ön xətdə həmişə düşüncələrim düşüncələrinə tamsınan əsgərlərimizlə "Nağıl qəhrəmanlarım, gerçək qəhrəmanlarım" mövzusunda kəlmələşməyə tələsirəm. "Azərbaycan Ordusu" qəzetinin təşəbbüsüylə disput olacaq. Zabitlər də fikir səsləndirəcək, gizirlər də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular da, əsgərlər də. Bir azdan bir fikir digərini təsdiqləyəcək, bir fikir digərini inkar edəcək - mövzu fikir-fikir çözüləcək. Nəticə etibarilə "Nağıl qəhrəmanlarım, gerçək qəhrəmanlarım" mövzusunun fəlsəfəsi bir hərbi hissənin şəxsi heyətini təmsil edən hərbi qulluqçuların timsalında ümumiləşdiriləcək; belə mövzulara, belə ümumiləşdirmələrə son yoxdu...davamı



“Qəhrəman anası” kitabının təqdimat mərasimi keçirildi


Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Əməkdar mədəniyyət işçisi Zəminə Xınalının Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə xanıma həsr etdiyi "Qəhrəman anası" kitabının təqdimat mərasimi keçirildi...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı